Saç tökülməsinin səbəbləri

Saç tökülməsi ən çox 34 yaşa kimi olan gənclərdə və orta yaş qrup insanlarda müşahidə olunur. Türkiyənin onlayn araşdırma şirkəti sayılan DOR insight tərəfindən saç tökülməsinin səbəblərini tədqiq edən «Saç tökülməsi» adlı araşdırma reallaşdırılıb. Onlayn olaraq aparılan araşdırmada 1974 təvəllüdündən başlayan insan qrupları arasından 1256 şəxs iştirak edib. Saç tökülməsi haqda danışanda ilk əvvəl bəzi qrup insanların ağlına «stress və depresiya» düşür.

Tədqiqata görə, saç tökülməsinin 47%-ni «stresslə» müşahidə olunan «keçəllik» gəlir. Bunun da 21%-ni genetik keçəllik təşkil edir. Stressə düşənlər içində saç tökülməsi, kişilərə nisbətən qadınlarda çox olub. Bura «genetik» keçəl olan kişilər də daxildir.

Saçlarına diqqət yetirməyənlər sırasında C2 sosial-iqtisadi sinfinə mənsub şəxlərdən ibarət və əsasını 18-24 yaşı olan gənclər təşkil edib. İştirak edənlər arasında yaşı 45-dən çox olan yaşlılar da olub. Tədqiqatların nəticəsinə görə saç tökülməsi ilə üzləşən insanlar bu problemlə qarşılaşan və qarşılaşmayanlarla bərabər nisbətdə olub. 
Ardı →

Saç tökülməsinə qarşı maska

Saçlarınız tökülürsə, bu maskadan mütləq istifadə edin. Çünki saçlarınızın daha sağlam olmasını təmin edəcək. 

Möhkəm və parlaq saçlara sahib olmaq istəyirsinizsə, evdə çox rahatlıqla bu maskanı hazırlaya bilərsiniz. 

Tərkibi:
1 st zeytun yağı 
1 qədər şüyüd
1 darçın çubuğu
1 çay qaşığı quru maya

Hazırlanması:
Quru mayadan başqa bütün ərzaqları bir qaba yığın və 5 dəqiqə qaynadın. Qaynadıqdan 15 dəqiqə sonra quru mayanı üzərinə əlavə edin və yaxşıca qarışdırın. Bu qarışığı 2 ssat saçınızda saxladıqdan sonra saç tipinizə uyğun olan şampunla yaxşıca qarışdırın. Bu maskanı həftədə 3 dəfə etsəniz, saçlarınızın tökülməsinin qarşısını almış olacaqsınız.
Davamı →

Jennifer Anistonun gözəl saçlarının sirri

Jennifer Aniston
Saçların qırılması tez-tez rast gəldiyimiz problemlərdən biridir. Jenifer Eniston 2-3 gündən bir saçının ucunu kəsdiyini və beləcə saç qırıqları ilə mübarizə apardığını deyib. 

Saç qırıqlarının əsas səbəbi bədənin susuz qalması və saçların yetərli nəmi qəbul etməməsidir. Bundan xilas olmaq üçün bol su için. Qırıqların azaldığının şahidi olacaqsınız. 
Ardı →

Saçım tökülür, nə edim?

Getdikcə saçtökülmə hallarına daha çox rast gəlinir. Bu da müxtəlif obyektiv və subyektiv səbəblərlə bağlıdır. Düzgün və vaxtında qidalanmamaq, vitamin baxımından zəif olan yeməklər yemək, stress, yorğunluq, əsəbilik, cürbəcür xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatları, hamiləlik dövrü, başın dərisinə yoluxan infeksion xəstəliklər, mövsümi və hormonal dəyişikliklər, mikroblar, zəhərlənmələr və s. bütün bunlar saç tökülməsinə səbəb olan əsas amillərdir. Ona görə saçın tökülməsinin qarşısını almaq üçün düzgün qidalanma əsas şərtdir.
Davamı →

Saç tökülməsi

Kişilər niyə keçəlləşir? Qadınlar niyə əsəbi olur? Saçlarımızda  əmələ gələn kəpəyin əsl səbəbi nədir?

Kişilərdəki hormonal pozğunluqlar…

Aparılan araşdırma nəticəsində bəlli olub ki, kişilərin keçəlləşməsi heç də bəzi qadınların dediyi kimi “balıncı dəyişmək”dən yaranmır. Saç tökülməsinin əsas səbəbi genetik problem və əksər hallarda kişi orqanizmində yaranan hormonal dəyişikliklə bağlı olur. Ekspertlər bildirir ki, əgər əvvəllər kişilərdə keçəlləşmə prosesi 35-40 yaşdan sonra başlayırdısa, bu bu gün bu  xəstəlik cavanlaşıb. İndi 18-19 yaşında gənc oğlanlarda saç tökülməsi xəstəlik halına gəlib çıxıb.
Həkimlərin sözlərinə görə, hormonal dəyişikliklə bağlı başlayan saç tökülməsinin qarşısını almaq mümkündür. Ancaq bir şərtlə ki, müalicəyə vaxtında başlanılsın. Əks halda keçəlləşmiş başda yenidən tük əmələ gətirmək mümkün deyil.
Ardı →

Saç tökülməsi

Saç tökülməsinə ən çox səbəb olan faktorlar stress, qışın soyuğu, avitaminoz və ya son zamanlar keçirdiyiniz xəstəlik ola bilər.
Saç uzanması və tökülməsində irsi faktorlar və hormonların böyük rolu vardır.Məsələn. qadın hormonu olan estrogen saçın uzanması və onun sıxlığını təmin edir.Estrogenin faizi düşdükdə (hamiləlik və menapauza dövrü) saçlar tökülməyə başlayır. Müxtəlif konraseptivlərin (hamiləliyin qarşısını alan dərmanlar) qəbulu da saç tökülməsinə səbəb olur (bu preparatlar qanda kişi hormonlarının artmasına səbəb olur).Sizdə saç tökülməsi yuxarıda qeyd edilən səbəblərdəndirsə, narahat olmağa dəyməz,bu proses özü tədricən bərpa olacaq.Əgər 2-3 aya qədər dəyişikliklər yoxdursa, siz mütləq endokrinoloqa müraciət etməlisiniz.
Davamı →